Azərbaycanİran

Urmuda milli fəal Əmirhüseyn Şükuhi həbs edilib

Onun anasına qarşı fiziki təzyiq göstərilib.

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində yaşayan milli fəal Əmirhüseyn Şükuhi təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) 3 məmuru adı çəkilən fəalın iş yerinə basqın edərək onu saxladıqları zaman fəalın anasının həbs səbəbini soruşduğuna görə, təhqir edib və fiziki təzyiq göstəriblər.

Əmirhüseyn Şükuhinin iş yerində axtarış aparan məmurlar ona aid bir neçə şəxsi əşyanı müsadirə ediblər.

Fəalın nədə ittiham olunduğu və hara aparıldığı barədə açıqlama verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button