Dünyaİdman

Alleqriyə Səudiyyə Ərəbistanı klubundan təklif

Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Səudiyyə Ərəbistanından təklif alıb.

Qol.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Məşqçi ilə maraqlanan klublar arasında hücumçu Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Hilal” və “Əl-Nəsr” də var. Ona ilinə 20 milyon avrodan çox maaş olan təklif göndərilib.
Qeyd edək ki, Alleqrinin rəhbərliyi altında “Yuventus” ötən mövsüm İtaliya çempionatını 62 xalla 7-ci pillədə başa vurub. Komanda növbəti mövsüm Konfrans Liqasında çıxış edəcək

Related Articles

Bir cavab yazın

Back to top button