Azərbaycan

ALMANDA AZƏRBAYCANLI MƏRİZXANAYA YERLƏŞDİRİLİB

Almanın Şimali Reyn Vestafliya əyalətindəki bir qaçqın yataqxanasında sığınacaq axtaranlar arasında baş verən davada Azərbaycan vətəndaşı xəsarət alıb.
Bonn şəhərində yerləşən qaçqın yataqxanasında yaşayan Azərbaycan vətəndaşlarının verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında, yataqxanadakı mətbəxlərin birində qeydə alınıb.
Mətbəxin çirkli olması səbəbindən dava edən Niceliyə və Eritreyadan olan sığınacaq axtaranları sakitləşdirməyə çalışan 32 yaşlı Azərbaycan vətəndaşı atılan dəmir tava nəticəsində baş nahiyəsindən xəsarət alıb.
Hadisə yerinə yataqxananın mühafizəçiləri və Bonn şəhər Polis Təşkilatının işçiləri gəliblər.
Dava edən şəxslər saxlanılıb, xəsarət alan azərbaycanlı isə təcili yardım vasitəsi ilə mərizxanaya aparılıb.
Doktorlar onun baş nahiyəsinə 3 tikiş qoyduqdan sonra ambulator müalicə üçün evə buraxıblar.
Faktla bağlı Bonn Polis Təşkilatı tərəfindən araşdırmalar davam etdirilir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close