Dünya

Almaniya, İtaliya və Macarıstanın döyüş təyyarələri Baltik səmasını qoruyacaq

Almaniya, İtaliya və Macarıstan Hərbi Hava Qüvvələrinin qırıcıları avqust ayından etibarən Baltikyanı ölkələrin hava məkanını mühafizə edəcək.

Bu barədə “Report” NATO-nun mətbuat xidmətinə istinadən xəbər verir.

Estoniyanın Emari aerodromunda yerləşdirilən dörd “Eurofighter” qırıcısı Almaniyadan Litva, Latviya və Estoniya hava məkanında patrul xidmətində iştirak edəcək.

Macarıstanın “JAS-39” təyyarələri Litvanın Şaulyay şəhərində yerləşdiriləcək və italyan pilotlar Polşanın Malbork aerodromundan Baltikyanı ölkələrin hava məkanının üzərindən uçacaqlar. Macarıstan və İtaliyadan da 4 təyyarə göndəriləcək.

Gələn qırıcılar ispan, fransız və belçikalı pilotları əvəz edəcək.Qqırıcıların növbətçi dəstəsi gecə-gündüz Baltik səmasında növbə çəkəcək, təlim uçuşları həyata keçirəcək.

NATO ölkələrinin aviasiyası Litva, Latviya və Estoniyanın hava məkanını 2004-cü ildə alyansa daxil olduqdan sonra onların hava qüvvələrinin öz döyüş təyyarələrinin olmaması səbəbindən patrul edir.

Related Articles

Bir cavab yazın

Back to top button