Dünyaİran

Almaniya rəsmisi İranı nüvə razılaşmasına əməl etməyə çağırıb

Almanın Xarici İşlər vəziri ötən gün İranı atom anlaşmasına sarsıdıcı zərbələr vurmaqdan çəkinməyə çağırıb. Jenevdə tərksilah mövzusunda keçirilən konfəransda çıxış edən Hayko Mass Amerika prezidenti Co Bayden dövlətinin BƏRCAM-a yenidən qoşulmağa hazır olduğunu bildirib. Vəzirin sözlərinə görə, Alman İranın atom anlaşmasına tam əməl etməsini və Beynəlxalq Atom Enerjisi Ajansı ilə əməkdaşlığa başlamasını gözləyir. Bildirək ki, İranın atom fəaliyyətləri dünya ölkələrinin nigaranlığını artırıb. Belə ki, rəsmi Tehran son vaxtlar uranium zəngiləşdirilməsi miqdarını yüzdə 20-yə artırıb. Hətta dünən Xamenei bu həddin yüzdə 60-a çatdırıla biləcəyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button