Dünyaİran

Türkiyədə dələduzluqla məşğul olan bir qrup İranlı saxlanılıb

Türkiyədə saxtakarlıqla məşğul olan bir qrup İran vətəndaşı saxlanılıb. Həmin şəxslərin 100 milyon dollar məbləğində vəsaiti saxtakarlıqla ələ keçirdikləri bəlli edilib. Belə ki, İstanbulda fəaliyyət göstərən və “Titan” adlı herəm planı yaradan İran şəbəkəsi barəsində ittiham şikayəti hazırlanıb. Türkiyə mətbuatının yazdığına görə, həmin qruplaşma yüksək qazanc vəd edərək bir neçə şəxsə qarşı quldurluq edib və onların pullarını mənimsəyib. 73 yaşlı iranlı ata və üç oğlu tərəfindən idarə olunan şəbəkə üzvləri barəsində 1200 illik həbs cəzasının təyin edilməsi istənilib.
Araşdırmalar nəticəsində bəlli olub ki, həmin qruplaşma İran, Malezi və Türkiyənin başqa ərazilərində də oxşar cinayət əməlini törədib.

Related Articles

Bir cavab yazın

Back to top button