Dünya

“Amazon” Çin şirkəti ilə əməkdaşlıqda təqsirləndirilib

Amerikanın iki senatoru “Amazon” şirkətinin amil müdiri Ceff Bezosa məktub göndərib. Cümhuriyyətçi Marko Rubio və demokratçı Bob Menendezin məktubunda Bezos Çinin “Dahua” teknoloji şirkəti ilə işbirliyində təqsirləndirilib. “Dahua” şirkətinin uyğurların kimliyini bəlli etmək və Çin rəsmilərinə bildirmək üçün proqram hazırlamasına diqqət çəkilib. Bununla yanaşı “Amazon” şirkətinin “Dahua” ilə 2019-cu ildə 10 milyon dollarlıq müqavilə bağlamasından da söz açılıb. Həmin dövrdə Ceff Bezosun sözügedən şirkətin insan haqları ilə ilgili durumundan bilgili olub-olmadığı sorğulanıb. “Əgər “Dahua”ya qarşı irəli sürülən iddialar doğrudursa, bu, “Amazon”un Amerika hökumətinin tövsiyələrini qəsdən görməzlikdən gəldiyini, habelə Çin hökumətinin uyğur xalqına qarşı basqısında iştirak edən şirkətin təchizatını almağa çalışdığını göstərir”,-deyə məktubda vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button