Dünya

Rusiya ilə Türkiyə liderləri Qarabağla ilgili müzakirə aparıb

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayib Ərdoğan arasında telefon danışəğı zamanı Qarabağdakı vəziyyətə görə müzakirə olub.
AN.T Rusiyanın “TASS” xəbər ajansına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib. Bölgədəki Rusiya – Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyətinə müsbət yanaşması qeyd olunub.
Bununla yanaşı, Rusiya lideri bugünlərdə Jenevdə Amerika prezidenti Co Baydenlə söhbəti barədə Ərdoğana məlumat verib. Danışıq zamanı Rusiya ilə Türkiyə arasında çeşidli sahələrdəki əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Related Articles

Bir cavab yazın

Back to top button