Dünya

Ameri̇ka və İsrai̇l rəsmi̇ləri̇ni̇n telefon danışığı olub

Ötən 9 gündə Amerika prezidenti Co Bayden İsrailin Baş Baxanı Benyamin Natenyahu ilə 4 dəfə təmas tutub. Amerika prezidenti İsrail-Filistin münaqişəsinə son qoyulması barədə danışıqlar aparıb. Bu barədə ordibeşt ayının 29-da Ağ Ev açıqlama yayıb. Məlumata görə, Netanyahu nəzərdə tutulan hədəflərə çatana və bölgəyə asayiş qayıdana qədər nizami əməliyyatların davam etdiriləcəyini söyləyib. İsrail məsulu hər gün teror qruplarının çox sayda qüvvəsinin məhv edildiyini bildirib. Bu əməliyyatların İsrailin haqqı olduğunu vurğulayıb. “HƏMAS-ı ya dayandıracaq, ya da məhv edəcəyik”,-deyə Netanyahu diqqətə çatdırıb. Bildirək ki, Amerika Konqrəsinin demokrat nümayəndələri Baydeni İsrailə gərəkən basqıları göstərmədiyi üçün qınayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button