Dünya

Ameri̇kadan rusi̇yada həbs edi̇lən 200 müxali̇flə bağli açiqlama

Amerikanın Xarici İşlər Vəziri Rusiya hökuməti tərəfindən müxalif şəxslərin tutuqlanmasına münasibət bildirib. Antoni Blinen tuiter hesabındakı paylaşımında Viladim Kara, Murza və Yulya Qulyamina kimi 200 siyasi və mədəni rəhbərin azad edilməsini istəyib. Vəzir müxaliflərin təqibinə son verilməsi ilə bağlı çağırış edib. Bildirək ki, ötən həftə Mosko polisi müxaliflərin dəstəyi ilə keçirilən toplantıda iştirak edən 200 nəfərin saxlanıldığını açıqlayıb. Polis məqamları toplantı zamanı koronavirusla bağlı sağlıq qaydalarına əməl edilmədiyini bildirib. Qeyd edək ki, sözügedən şəxslərin saxlanılması ötən ay Aleksandr Navalnının həbsindən sonra müxaliflərə qarşı atılan ən önəmli addım hesab olunur. Yayılan bilgilərə görə, müxaliflər Open Raşa adlı bu sazimanda növbəti seçkilər haqqında fikir mübadiləsi aparmaq və strateji bəlirləmək məqsədilə bir araya gəliblər.

Related Articles

Bir cavab yazın

Back to top button