Dünya

Amerika 3 şəxsi İrana qaçaqmalçılıqda ittiham edib

Amerika üç nəfəri İrana qanunsuz həssas mallar sadir etməkdə ittiham edib.
Bu barədə Amerikanın Daadqustəri Vəzirliyinin yaydığı açıqlamada bildirilib. Məlumata görə, üç İran vətəndaşı “həssas malları İrana sadir etmək üçün təxribata əl atmaq” və “Amerika təhrimlərindən yayınmaq”da günahlandırılır. Şübhəlilər 2015-ci ilin janviyəsindən 2017-ci ilin fevriyyəsinə qədər Amerika şirkətlərini “aldadaraq” bu ölkədə toolid olunan “qabaqcıl avadanlıqları” İmarat vasitəsilə İrana göndəriblər. Vəzirliyin açıqlamasında Kanadada yaşayan Arəş Yusifi Cəm və Əmin Yusifi Cəmin bu yaxınlarda həbs olunduqları bildirilib. Abdullah Mömininin isə İran sakini olduğu güman edilir. Günahkar olduqları isbat olunduğu təqdirdə həmin şəxslər 5 il həbs cəzasına məhkum ediləcək və sadirat qanunlarını pozduqları üçün 250 min dollar cərimə ödəməli olacaqlar. Bundan başqa, onları pulşuyi ittihamı ilə 20 il həbs cəzası və 500 min dollar cərimə gözləyir.

Related Articles

Bir cavab yazın

Back to top button