Dünya

Amerika Bəşər Əsədin oğluna sanksiya tətbiq etdi

Amerika, Suriya prezidentinin oğlu Hafiz Əsəd də daxil olmaqla, 14 suriyalı şəxsi və qurumu təhrim edib. “Bugünkü təhrimləri Həma və Mə’rətəl-Nu’man adlandırdıq. Bu iki şəhər Bəşar Əsəd rejiminin vəhşiliyini xatırladır”. Bu sözlər Amerika Xarici İşlər Vəzirliyinin çərşənbə günü yaydığı açıqlamada deyilib.
Qeyd edək ki, babasının adını daşıyan Hafiz Əsəd, Suriya prezidentinin 18 yaşlı oğludur. Amerikanın xarici işlər vəziri Mayk Pompeo da məsələyə münasibət bildirib. “Yeni təhrimlər Bəşar Əsəd rejimininin öz xalqına qarşı qəddar savaşa son qoyması üçün nəzərdə tutulub. Habelə Əmniyət Şurasının 2 254 saylı qətnaməsinə tabe olmağa məcbur etməsi kəmpeynin davamıdır.
Xatırladaq ki, 14 hüquqi şəxsin təhrim edilməsi “Bəşar Əsəd rejiminin savaş cinayətləri” ilə mübarizə üçün təqdim edilən “Sezar Qanunu” qətnaməsinə əsaslanır.

Related Articles

Bir cavab yazın

Back to top button