Dünyaİran

Amerika insan haqlarının pozulması ilə əlaqədar İran rəsmiləri və qurumlarına sanksiya tətbiq edib

Amerika 14 iranlı rəsmi və 3 təşkilata qarşı sanksiya tətbiq edib. Bildirilib ki, Amerika İrandan olan rəsmi şəxslərə və təşkilatlara qarşı sanksiya tətbiq etməsinə səbəb onların etiraz aksiyalarının yatırılmasında iştirak etməsidir.

Amerika Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bunun Amerika Maliyyə Nazirliyi ilə Amerika XİN-inin birgə razılaşması əsasında həyata keçirildiyini açıqlayıb.

“İnsan hüquqlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyan və ya onlarla şərik olan altı dövlət məmuru və SEPAH-ın Məhəmməd Kazimi, Abbas Nilfuruşan və Əhməd Şifahi adlı üç yüksək vəzifəli məmuru, həmçinin Evin zindanı, Kürdüstan, Sistan və Bəlucistan zindanlarının başçıları da sanksiyalara məruz qalıblar”-deyə, Amerika Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Dağıdıcı və kəşfiyyat xarakterli kiber əməliyyatlarda iştirak edən İslam Respublikası Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin iki üzvü Seyid Müctəbi Müstəfəvi və Fərzin Kərimi sanksiya siyahısına daxil edilib.

Sosial şəbəkələrdə məhdudlaşdırıcı fəaliyyət göstərən “Sahabpərdaz” şirkəti də sanksiyaya məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button