
Dövlət Departamenti 2021-ci ildə dünyada insan haqlarının vəziyyəti və İranda insan haqlarının pozulması ilə bağlı yazıb: “İranda həyata keçirilən edamların çoxu, o cümlədən yeniyetmələrin edam edilməsi ən ciddi cinayətlərlə bağlı dünya standartları ilə uyğun gəlmir və onlar ədalətli şəkildə mühakimə edilmir.
Hesabatda İranda məhkəmə sistemi, özəlliklə İnqilab Məhkəmələri ilə bağlı vurğulanıb: “İran hökuməti insanların şəxsi həyatına qeyri-qanuni müdaxilələr edir və bir şəxsin ittiham olunduğu cinayətə görə onun ailə üzvləri də cəzalandırılır”.