İran

Amerika: İran hökuməti insan haqlarını geniş şəkildə pomağa davam edir

Amerikanın Dövlət Departamenti dünyada insan haqlarının vəziyyəti ilə bağlı illik hesabatında İran hökumətini insan haqlarının geniş şəkildə pozulmasında, o cümlədən özbaşıba edam və qətl hadisələrində, islam rejiminə müxalif şəxslərin oğurlanmasında, habelə kütləvi həbs və işgəcələrdə ittiham edib.

Dövlət Departamenti 2021-ci ildə dünyada insan haqlarının vəziyyəti və İranda insan haqlarının pozulması ilə bağlı yazıb: “İranda həyata keçirilən edamların çoxu, o cümlədən yeniyetmələrin edam edilməsi ən ciddi cinayətlərlə bağlı dünya standartları ilə uyğun gəlmir və onlar ədalətli şəkildə mühakimə edilmir.

Hesabatda İranda məhkəmə sistemi, özəlliklə İnqilab Məhkəmələri ilə bağlı vurğulanıb: “İran hökuməti insanların şəxsi həyatına qeyri-qanuni müdaxilələr edir və bir şəxsin ittiham olunduğu cinayətə görə onun ailə üzvləri də cəzalandırılır”.

Related Articles

Bir cavab yazın

Back to top button