İran

İranda qadınların işsizlik səviyyəsi kişilərlə müqayisədə 14 dəfə daha çoxdur

İranda qadınlar qeyri-bərabər iş şəraitindən və maaş bərabərsizliyindən əziyyət çəkirlər.

İran Statistika Mərkəzinin rəsmi məlumatına görə, ölkədə xanımların işsizlik səviyyəsi kişilərlə müqayisədə iki dəfə çoxdur. Ölkə iqtisadiyyatının ağır vəziyyətdə olması da kişilər və qadınlar arasındakı bərabərsizliyin artmasına, habelə xanımların əvvəlkindən daha çox hüquqlarının pozulması təhlükəsi qarşısında qalmasına gətirib çıxarıb.

Ölkədə qadınların işsizlik və məşğulluqla bağlı statistik göstəriciləri də olduqca narahatedicidir. Qadınlar əmək bazarında kişilərə nisbətən daha çox işdən çıxarılmaq təhlükəsi ilə üzləşir və daha az işə cəlb olunurlar.

Bununla yanaşı, kişilər və qadınlar arasında maaş fərqi də kəskin şəkildə özünü büruzə verir. Qadınlar ucuz işçi qüvvəsi hesab edildiyi halda, məşğulluq və dolanmaq üçün kifayət qədər gəlirə sahib olmaq hamı üçün eyni hüquq sayılır.

Related Articles

Bir cavab yazın

Back to top button