Dünya

AMERİKA İRAN MƏQAMINI TƏHRİM ETDİ

Amerikanın Xəzanədarlıq Vəzirliyi, İranın daxili işlər vəziri Əbdürrza Rəhmani Fəzli və polis qüvvələrinin fərmandehi sərtip Hüseyin Əştərini, “İran vətəndaşlarının insan haqlarının kobud pozulması”na görə təhrimlər listinə saldığını açıqlayıb.
Amerikanın Xəzanədarlıq Vəzirliyindən verilən məlumata görə, bu iki İran məqamının Amerikadakı ola biləcək əmlakı müsadirə ediləcək, onların Amerikaya girməsinə icazə verilməyəcək və Amerika vətəndaşlarının onlarla hər hansı şəkildə işbirliyi qadağan ediləcək.
İran rəhbəri və ölkənin Silahlı Qüvvələrinin ali fərmandehi Əli Xameneyinin Rəhmani Fəzliyə verdiyi səlahiyyətlərə əsasən, o, ali baş fərmandehinin ölkənin silahlı qüvvələrindəki canişinidir.
Xatırladaq ki, ötən ilin aban ayında İranda benzinin qiymətinin bahalaşmasına və səhmiyə ilə satışına qarşı ümumi etirazların başlamasından sonra ölkədə internet bir neçə gün tamam kəsilmiş və silahlı qüvvələr etirazçıları güc yolu ilə yatırmağa əl atmışdı.
Beynəlmiləl Əfv Sazmanı ümumi etirazların yatırılması zamanı uşaqlar və şagirdlər də daxil olmaqla 300-dən çox insanın öldüyünü bildirib. “Reuters” isə ölənlərin sayını 1500 nəfər elan edib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close