Dünyaİran

Amerika: İran nizamilərinin geyimində olan silahlılar yeddi saat girov götürdükdən sonra “Asfalt Prencess” gəmisindən çıxıblar

Amerikanın bir rəsmi məqamının sözlərinə görə, İran Sahil Mühafizəsinin geyimində olan silahlılar zorla “Asfalt Prencess” gəmisinə hücum edərək xədəməni döyüb, gəminin təchizatını dağıdıblar və yeddi saat sonra gəmidən bir əşyanı çıxararaq tərk ediblər.

Amerikanın bu rəsmi məqamı “Business Insider” qəzetinə bildirib: “Uçağımız gəmiyə girən İran silahlılarının görüntülərini çəkib və bəlli olub ki, onlar gəmidən bir əşya götürüb gediblər”.

O qeyd edib ki, vəziyyət “İran hökumətinin dəstəyi ilə İran qüvvələrinin yoxlama aparması”na bənzəyirdi və “uluslararası sularda dəniz oğurluğunun bütün əlamətləri” vardı.

Bildirək ki, İmarat sahillərində gəmi qaçırılmasına çaba xəbərindən sonra, Amerika Dəniz Qüvvələri “Princess Asfalt” gəmisinin yaxınlığına bir raket atan döyüş gəmisi göndərib, ancaq olay yerinə çatdıqda quldurlar artıq gəmidən ayrılmışdılar.

Related Articles

Bir cavab yazın

Back to top button