İran

Amerika: “İran nüvə sazişinə qayıtmaq çün şərtlər qoymamalıdır”

"İranın Avropanın təqdim etdiyi layihəyə cavabından aydın olur ki, bu ölkə nüvə sazişinə qayıtmaq niyyətində deyil". Bu barədə “Aksios” saytı Avropa rəsmisinə istinadən yazıb.

İranın cavabının Avropa Komissiyası tərəfindən alınmasının elan edilməsindən və Avropa qurumunun Tehranın yeni cavabının nüvə danışıqlarında iştirak edən ölkələr tərəfindən nəzərdən keçirilməsində israr etməsindən sonra, əvvəllər İranın cavabını “qeyri-konstruktiv” hesab edən Ağ Ev bildirib ki, İran nüvə sazişinə qayıtmaq və “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi” (NPT) ilə bağlı öhdəlikləri arasında şərt qoymamalıdır.

“İranın nüvə sazişinin icrasına qayıtması ilə hüquqi öhdəliklərlə bağlı araşdırmalar arasında heç bir əlaqə olmamalıdır. Bu ölkə Nüvə Silahlarının Yayılmaması Müqaviləsi “NPT” çərçivəsindədir”-deyə, Ağ Evin sözçüsü Karin Con Pyer jurnalistlərə açıqlamasında deyib.

İranın baş müzakirəçisi Məhəmməd Mərəndi isə Amerikanın düzgün qərar verdiyi müddətcə tez bir razılaşma əldə edilə biləcəyini iddia edib.

Digər tərəfdən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani nüvə sazişindəki inkişaflara toxunaraq, yekun razılaşmanı elan etmək üçün ölkəsinin gələn həftə Vyana danışıqlarında iştirak edən ölkələrin xarici işlər nazirləri səviyyəsində görüş keçirməyə hazır olduğunu bildirib.

Ancaq Amerika Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays bir müddət əvvəl “Əl-Ərəbiyyə”yə müsahibəsində “İranın cavabının konstruktiv olmadığını” və çətin nüvə danışıqları prosesində daha çox problemlər törədəcəyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button