Azərbaycanİran

Xudafərin meşələrində güclü yanğın olub

Sentyabrın 2-i axşam saatlarında Şərqi Azərbaycanın Xudafərin meşələrində güclü yanğın baş verib. Bu barədə Şərqi Azərbaycan valiliyinin Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmmədbaqir Hünərbər məlumat verib.

Məhəmmədbaqir Hünərbər Oğlu kəndi ərazisində 4 hektar meşə sahəsi, 4 hektar isə ağaclarla örtülü otlaq sahənin yandığını bildirib.

Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunub.

Buna baxmayaraq vaxtaşırı bölgədə ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsi, eləcə də yanğınların baş verməsi bölgənin ağciyərləri adlanan meşənin günü-gündən kiçilməsinə səbəb olur.

Related Articles

Bir cavab yazın

Back to top button