Dünya

Amerika İran qurumlarına sanksiya tətbiq edib

Amerika ölkədə prezident seçkilərinə müdaxilə ittihamı ilə İran qurumlarını təhrim edib. Bu barədə Amerikanın Xəzinədarlıq Vəzirliyi açıqlama yayıb. Məlumata görə, “Bəyan Media Qostər” şirkəti, “İran Radiotelevizyonu Birliyi” və “Beynəlmiləl məcazi Media Birliyi” adlı iki qurum Sipahın Qüds Qüvvələrinə bağlı qurumlar olaraq təhrim olunublar.
Açıqlamaya əsasən, Sipah ilə onun xarici qanadı olan Qüds Qüvvələri də Amerikanın təhrimləri listinə salınıb. Qeyd edək ki, Amerika daha öncə də Sipah ilə onun Qüds Qüvvələrini təhrim edib.
Amerikanın Xəzanədarlıq vəziri Stiven Manuçin İranın Amerikaya qarşı məcazi fəaliyyətinə işarə edərək deyib:
“Dövlət Amerika seçki sisteminin bütövlüyünün təmin edilməsi işinə bağlıdır və seçkilərimizi təhdid edən hər hansı xarici amillə mübarizə aparmağa davam edəcək”.
Amerikanın Xəzinədarlıq Vəzirliyinin açıqlamasında habelə bildirilib ki, İran rejimi məcazi ortamda yalan məlumatlar yaymaq və seçiciləri aldatmaq üçün təxribatlara əl atıb. İranın bu məqsədlə Amerikada seçki prosesini hədəf aldığı da vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button