Dünya

Amerika: “İran Rusiyaya silah verərsə, cəzalandırılacaq”

Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali Vaşinqtonun nüvə sazişinə qayıtmağa hazır olduğunu deyib.

Robert Mali daha sonra İranın danışıqlara qayıtmayacağı təqdirdə daha da təcridlə üzləşəcəyini, Rusiyaya dronlar satması halda isə bunun bədəlini ağır ödəyəcəyi barədə xəbərdarlıq edib.

Amerikanın İranın pilotsuz təyyarələrinin Rusiyaya satılması ilə bağlı narahatlığına toxunan Robert Mali bildirib ki, Rusiyanın Ukraynanı məhv etmək qabiliyyətini artıran hər şey narahatlıq doğurur.

O, pilotsuz uçuş aparatlarının Rusiyaya satılmasını İranın iddialarının əksinə olaraq Rəsmi Tehranın tərəfsiz olmadığını göstərir.

Nüvə danışıqları barədə sulaları cavablandıran Robert Mali danışıqlar vaxtının sürətlə butdiyini deyib.

“İranın bomba hazırlamaq üçün lazım olan materialları əldə etməsinə indi cəmi bir neçə həftə qalıb. Əlbəttə, bu, bomba hazırlamaqdan fərqlidir, çünki bu cür materialların silahlaşdırılmasını tələb edir”-deyə, Mali bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button