İran

Amerika İran şirkətinə sanksiya tətbiq edib

Amerika İran şirkətini şimyayi silah hazırlamağa çaba göstərdiyi üçün təhrim edib.
Amerikanın Xəzanədarlıq Vəzirliyindən verilən məlumata görə, “Şəhid Meysəmı” adına müctəmə və şirkətin müdiri Mehran Bəbri Amerikanın təhrimlər listəsinə artırılıb. Bildirilib ki, şirkətin təhrim edilməsinin səbəbi İranın Yeni difa Araşdırmaları Təşkilatı ilə şimyayi projələrdə iş birliyi və əməkdaşlıq etməsi olub. İranda bir həftə öncə sözügedən təşkilatın müdiri Möhsün Fəxrizadəyə qarşı sui-qəsd təşkil edilib.
Amerikanın Xəzanədarlıq vəziri Stiven Minuçenin sözlərinə görə, Amerika İranın şimyayi silahlar hazırlamaq yönündəki hər hansı çabasına qarşı çıxacaq. Bundan başqa, İran rejiminin və ya İrana bağlı niyabəti qüvvələrin bu silahlardan qonşularına qarşı istifadə edə biləcəyi də vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button