İran

Amerika İran tankerinin saxlanılması ilə bağlı hüquqi işlər görür

Amerikanın Dadqüstəri Vəzirliyi 2 milyon boşqa nəft daşıyan tankerin toqif olub, yükünün zəbt oluması üçün hüquqi sənədləri məhkəməyə göndərib. Vəzirlikdən verilən bilgilərə görə, həmin gəminin yükü İrana aiddir. Ancaq İran gəminin hərəkəti ilə bağlı izi itirmək üçün onu Liberiya bayrağı altında Venezuelaya göndərib. Gəminin sahibi olan yunan şirkətindən isə bildirilib ki, əvvəlcə yükün İraqa məxsus olduğu ehtimal edilib. Daha sonra nəftin İrana aid olduğu bəlli olub. Bununla da Amerika məqamlarına müvafiq məlumat verilib. Yükün İmaratın Fəcirə dəniz limanındakı başqa bir gəmidən alındığı bildirilib.

Qeyd edək ki, həmin gəmi novambrda Ümman sularından Güney Afriqaya doğru yol alıb. Hazırda gəmi Güney Amerika sahillərindən Amerika yönündə hərəkət edir. Amerika rəsmilərinin sözlərinə görə, gəmi kifayət qədər böyükdür və İran daşınan yükün satışından əldə edəcəyi gəliri qanunsuz əməllərə xərcləyəcək.

Related Articles

Bir cavab yazın

Back to top button