İran

Amerika, İran xalqının etirazlarına dəstək olaraq Tehran rejiminin etirazları yatırmasını pislədi

Amerika məqamları Ələhvaz əhalisinin dinc etirazlarını və İran xalqının öz etirazlarını bildirmək haqqını dəstəkləyərək, Tehran rejiminin bu etirazları güc yolu ilə yatırmağa çalışmasını qınayıb.

Amerika Xarici İşlər vəzirliyinin sözçüsü Ned Prays çərşənbə günü keçirdiyi mətbuat konfransında Amerikanın İrandakı etirazları izlədiyini qeyd edərək bildirib: “Amerika iranlıların toplaşmaq və barışa və əmin-amanlığa çağırış haqlarını dəstəkləyir”.

O artırıb: “İran xalqı bu haqlarından əmniyət qüvvələrinin zorakılığından və əsassız həbs olunma qorxusu olmadan istifadə edə bilməlidir”.

Amerikanın Nümayəndələr Məclisinin cumhuriyyətçi üzvü Klaudia Toni, İran hökumətinin son həftələrdə dinc etirazlara hücumlarını şiddətlə qınayaraq deyib: “İran xalqı azad yaşamaq və öz əsas haqlarından yararlanmaq istəyir. Tehrandakı molla rejimi İranın böyük xalqının tarixini və gələcəyini təmsil etmir”.

Nümayəndələr Məclisinin daha bir cumhuriyyətçi üzvü Nikol Maliotakis də öz Tvitter hesabında yazıb: “İranlılar Tehrandakı təcavüzkar və zalım rejimə qarşı ayağa qalxıblar. Bu, diktator rejimlərin basqılarının yalnız bir nümunəsidir”.

Related Articles

Bir cavab yazın

Back to top button