Araşdırma & Təhlilİran

Azərbaycanın etirazdan başqa yolu var?!

Artıq uzun illərdir İranda normal bir həyatdan danışmaq imkansız hala gəlibdir. Yeraltı yerüstü sərvəti bol olan Azərbaycanda işsizlik baş alıb gedir. İnsanlar uzun illərdi Azərbaycan bölgəsində yetərincə sərmayə olmadığı və iş imkanı olmadığı üçün ata baba yurdundan köçüb Tehran və Kərəc kimi yerlərə köçürlər. İllərdir Türklər varlıq içində yoxsulluq çəkirlər. Misal üçün Qaradağda bir ölkəyə yetəcək qədər mis və qızıl mədəni var ancaq Azərbaycan millətinin payı bu sərvətdən nədir? Bölgənin doğru düzgün bir yolu belə yoxdur. Millətin sərvəti xam bir şəkildə torpaqdan çıxarılıb uzaq və Fars şəhərlərə daşınır. Azərbaycanda mədənlərin sərvətini işləyəcək doğru düzgün bir fabrika belə yoxdur ki ən azından insanımız o fabrikalarda fəhləlik edə bilsinlər. Bu məsələ bir tək mədənlərdə deyil. Ticarət qonusunda da durum eynidir. Batı Azərbaycan ustanının üç ölkəylə sınırı var və ticarət üçün möhtəşəm potansiyeli var. Ancaq Qərbi Azərbaycan ustanının bir kilometrə belə olsun istandard otobanı belə yoxdu. İllərdir Azərbaycan milləti bu məsələləri dilə gətirir ancaq eşidən qulaq heç bir zaman olmadı. İqtisadiyyat tamamən məhv oldu. Hətta millətin öz imkanlarıyla yaranan sənət və ticarət imkanları Tehranın siyasətləri nəticəsində aradan getdi. Bir zamanlar dünyaya başmaq satan Təbriz özü xaricdən başmaq alan şəhər durumuna düşdü. Yüzlərlə başmaqçı işsiz qaldı və yüzlərcə ailənin gəlir qaynağı kəsildi. Bunun kimi yüzlərlə örnək saymaq olar. Ərdəbildə Muğan bütün İrana yetəcək əkinçilik imkanı vardı. Ancaq millətin malını əsil dəyərindən qat qat azına satıb sovurdular. On illərdən bəri olan əkinçilik sərvətini məhv elədilər. Yüzlərcə işçi işsiz oldu və ayrı yerlərə köçmək durumunda qaldı. Suyu bol olan Azərbaycan indi Tehran siyasətləri nəticəsində bir çölə dönüşmək üzrədir. Dünyaca məşhur Urmu Gölü kimi bir sərvəti məhv etdilər. İranın ortasındakı Fars şəhərlərinə su daşımaq bahasına Azərbaycanın təbiətini çölə çevirdilər. Hardasa 15, 20 ildir Azərbaycan fəalları Urmu Gölü faciəsi haqqında bildiriş verirlər. Ancaq hakimiyyətin cavabı hər zaman etiraz səslərini batırmaq oldu. Vətəninə toprağına canı yanan və etiraz səsini yüksəldən vətən övladlarına mənfi damğalar vurdular. Bu torpaqların uşaqlarına fərqli siyasi markalar yapışdırıb xarici dövlətlərə bağlamağa çalışdılar. Bütün bunların hamısının tək nədəni vardı və o da Azərbaycan millətinin həqiqəti görməsini əngəlləməkdi. İran hakimiyyəti gəncliyi bahasına vətən millət dərdi çəkən insanları millətin gözündən salmağa çalışdı. Azərbaycançılar gəncliklərini məhkəmə salonları və həbsxanalarda keçirdilər ancaq haqq çıxdılar. Azərbaycan nə zaman İranda azadlıq və demokrasiylə bağlı hərəkət olub ön sırada yer alır. Şah zamanı İslam İnqilabı üçün və daha sonra Iraq savaşı zamanında çox fədakarlıqlar elədi. Ancaq sıra pay verməyə gəlincə hər zaman yad gözüylə göründü. Azərbaycanın payı İslam İnqilabından aclıq, işsizlik və səfalət oldu. Hakimiyyətin gözü diktatorluqdan o qədər kor olub ki həqiqətləri və hətta öz xeyrini belə görə bilmir. Ən son Cumhurbaşqanlığı seçimlərində necə hər türlü islaha bağlı olduğunu bir daha gösətərdi. Hakimiyyət və bir sözə Əli Xamneyi inadla İbrahim Rəisini Cumhurbaşqanı etdi. Ancaq hamı bilir ki İranda hakimiyyət Əli Xamneyi istəmədikdə islah ola bilməz. Xameneyinin bu inadı uğruna neçə nəsil yanmalıdır? Azərbaycanın varlığı və gələcək nəsillərin sərvəti daha nə qədər talan olmalıdır? Bu hakimiyyətin əlində əsir qalan milyonlarla insan nə üçün bu qədər əzab və əziyyətə dözməlidilər?
İran İslam Cumhuriyyətinin məqamları luks həyat yaşıyırlar. Hamısının uşaqları ailələri qərb ölkələrində yaaxşı şərayitdə yaşayırlar. Ancaq İran milləti səfalət içində həyatda qalmağa çalışır. Üstəlik Fars opozosyonu da Azərbaycana qarşı faşist baxışını gizlətmir. Fars kanallarında Azərbaycan xəbərləri və həqiqətləri sansor edilir. Varlığı təhrif edilir.13:42

Vəziyyət çox ağır görünsə də unutmamaq lazımdır ki heç bir güc millət iradəsindən daha güclü dəyir. Ərəb milləti indi bir həftədir ayaqda. Onlarda Azərbaycan kimi illərdir təhqir olunur, varlıq içində yoxsulluq çəkirlər. Ancaq bu dəfə Ərəb xalqı haqqını almaq üçün ayağa qalxıb. Günlərdir Ələhvaz azadlıq bayrağı açıb və hakimiyyət səslərini boğmaqda çarəsiz qalıb. Bu durumda hamıya aydındır ki hakimiyyət hər zamandan daha zəif bir durumdadır. Ölkənin güneyində başlayan etirazların bastırılması üçün hakimiyyət var gücünü işə tutubdur.

Azərbaycan milləti heç şübhəsiz hər zaman İranda azadlıq hərəkatın başçısı olub. Elə bu gün də tarixi addımını atma qərarı alıb. Azərbaycan milləti Mordad ayının 2-də Şənbə günü etirazlara başlama qərarı alıb. Azərbaycan Şənbə günü axşam saat 6’da bütün şəhərlərdə küçələrə gələcək. Şənbə günü axşam saat 6’da Təbrizdə bazar ağzında, Urmuda Mərkəz və İmam xiyabanında, Ərdəbildə Şəriəti xiyabanında və Zənganda Sədi Vəsətdə küçələrə gələcək. Mərənd, Marağa, Əhər və qısaca Azərbaycanın bütün şəhərləri Şənbə saat 6’da bahalığa və istismara qarşı küçələrə gələcək. Habelə Tehran və Kərəcdə də Türklər etiraza qoşulma qərarı alıblar.

Tehranda İnqilab Meydanı, ikinci Tehran pars fələkəsi, Sadiqiyyə Meydanında millət saat 6-da etiraz üçün küçələrə gələcək. Kərəc, İslamşəhr, Şəhriyar və Qələ Həsən xan-da da şənbə günü Azərbaycanlılar hakimiyyətə qarşı etirazlara qoşulacaqlar. Habelə indidən İnstagram və Twitter kimi sosyal şəbəkələrdə insanları xəbərdar etməyə çalışırlar.

Bu gün isyan günüdür. Yüz illik təhqir və istismara dur demək günüdür. Bu gün Azərbaycan günüdür.

Related Articles

Bir cavab yazın

Back to top button