Dünyaİran

Amerika: İrana qarşı bütün təhrimlərin ləğvini düşünmürük

İran Birgə Hərtərəfli Fəaliyyət Planı qarşısındakı öhdəliklərinin icrasına başlasa da, Amerika bu ölkəyə qarşı tətbiq olunan bütün təhrimləri ləğv etməyə hazır deyil. Bu barədə Amerika Dövlətinin yüksək vəzifəli bir nümayəndəsi jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Amerika Birgə Hərtərəfli Fəaliyyət Planını tərk etdikdən sonra İrana qarşı tətbiq edilmiş təhrimləri ləğv etməyə hazırdır, ancaq gərək Tehran bu anlaşmaya əməl etsin. “Bu, bütün təhrimlərin götürüləcəyi demək deyil, çünki bəzi qanuni təhrimlər də var, hətta Birgə Hərtərəfli Fəaliyyət Planının diqqətlə araşdırılması zamanı da bunu görmək olar. Plana görə, Amerika terorçuluq və insan haqlarının pozulmasına qarşı təhrimlər tətbiq edə bilər”, -deyə Dövlətin nümayəndəsi diqqətə çatdırıb. O bildirib ki, Amerika təhrimləri ayrıntıları ilə nəzərdən keçirməli və hansının qaldırılacağına, hansının saxlanılacağına qərar verməlidir

Related Articles

Bir cavab yazın

Back to top button