Dünya

Amerika İrana təzyiq göstərmək üçün qətnamə qəbul edilməsini istəyib

Amerika Beynəlxalq Atom Enerjisi Ajansının Hokkam Şurasının üzvlərini İrana basqı göstərmək üçün qətnamə təsvib etməyə çağırıb. Beləliklə, İran atom öhdəliklərinə əməl etməyə məcbur ediləcək. Məlumata görə, Hokkam Şurası gələn həftə toplantı keçirməyi planlaşdırır. Bildirək ki, sözügedən şura keçən ilin 20 juənində İrana qarşı ilk tobix qətnaməsini qəbul edib. Qətnamə ajans bazrəslərinin şübhəli iki atom təsisinə girişinin qadağan edilməsinə cavab olaraq hazırlanıb və üç Avropa ölkəsinin önərisindən ibarət olub. Qətnamənin qəbulundan sonra İran bazrəslərin iki atom təsisinə baş çəkərək oradan nümunələr götürməsinə icazə verib. Qeyd edək ki, fevriyənin 20-də ajansın bazrəsləri İranın iki şübhəli atom təsisində uranium hissəciklərinin izlərini tapıblar. Təşkilat məsələyə aydınlıq gətirmədikləri üçün İran məqamlarını məsuliyyətə cəlb etmək niyyətindədir. Vurğulayaq ki, Tehranın BƏRCAM anlaşması üzrə öhdəliklərini pozaraq atom fəaliyyətlərini gəlişdirməsi, atom silahı yönündə irəliləməsi dünya ölkələrini və beynəlxalq qurumları qəzəbləndirib. Buna baxmayaraq, Əli Xamenei uranium zənginləşdirilməsi miqdarını lazım gələrsə yüzdə 60-a da çatdıra biləcəklərini bəyan edib. Bu da atom silahı ürətmək üçün yetərli uranium miqdarı deməkdir.

Related Articles

Bir cavab yazın

Back to top button