İran

Mədəni fəal Yaşar Piri müvəqqəti azadlığa buraxılıb

Təbriz sakini, güney azərbaycanlı mədəni fəal Yaşar Piri müvəqqəti azadlığa buraxılıb. O, 99-cu ilin 3 isfəndində əmniyyət məmurları tərəfindən tutuqlanaraq fiziki zorakılığa məruz qalıb. Fəala qarşı irəli sürülən ittihamlar bəlli olmadığı üçün o, şərti azadlığa buraxılıb.
Yaşar Piri bundan öncə də İranın əmniyyət qüvvələri tərəfindən saxlanılıb. O, 2012-ci ildə dövlət qurumlarının Urmu gölünün ekoloji durumuna biganəliyinə etiraz edib. Bu məqsədlə Təbrizdə keçirilən etiraz mitinqinə qoşulduğu üçün həbs edilib və 30 şallaq cəzasına məhkum olunub.
Bundan başqa, mədəni fəal qardaşı Ruzbeh Piri ilə birlikdə 98-ci ilin 26 abanında saxlanılıb. Belə ki, qardaşlar İttilaat İdarəsində 26 gün saxlanılıb dindiriləndən sonra Təbrizin Üçlü Mərkəzi Zindanına köçürülüblər. Onlar 1398-ci il bəhmənin 16-da isə vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıblar.

Related Articles

Bir cavab yazın

Back to top button