Dünya

Amerika İranın daha dörd şirkətinə sanksiya tətbiq etdi

Amerika İran İnqilab Keşikçiləri Korpusunun Ərbilə və Husilərin Ərəbistan və BƏƏ-yə hücumuna görə daha dörd İran şirkətinə sanksiya tətbiq edib.

Amerikanın Maliyyə Nazirliyinə tabe olan Xarici Əmlaka Nəzarət İdarəsi İran İnqilab Keşikçiləri Korpusunun Ərbilə və Husilərin Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinə hücumuna, habelə, raket proqramının inkişafına kömək edən bir neçə fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib.

“Radio Fərda”nın verdiyi məlumata görə, barəsində sanksiya tətbiq edilən şəxslərdən biri Məhəmmədəli Hüseyni adlı iş adamı və ona aid şirkətlərdir.

Məhəmmədəli Hüseyni İranın raket proqramının gücləndirilməsi üçün bu ölkəyə ballistik raket hissələrinin alınmasını, raket hissələrinin “Sepah”ın Özünü Təmin və Təhqiqat Təşkilatına çatdırılmasında iştirak edib.

“Nüvə danışıqlarının davam etdirilməsinə baxmayaraq, Amerika İranın raket proqramını dəstəkləyən şəxsləri və qurumları hədəfə almaqdan çəkinməyəcək”-deyə, Amerikanın maliyyə nazirinin müşaviri Brayan Nelson bildirib.

O, bu qərarı Amerikanın “İranın qabaqcıl ballistik raketlər əldə etməsinin” qarşısını almaq və İran hökumətinin Amerikanın müttəfiqləri, region ölkələrinin ərazi bütövlüyünə qarşı təhdidlərinə cavab addımı olduğunu qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button