Dünyaİran

Amerika İranın daha yeddi rəsmisinə sanksiya tətbiq edib

Oktyabrın 6-da Amerika Maliyyə Nazirliyi İran İslam Respublikasının 7 rəsmisinə Məhsa Əmininin öldürülməsindən sonra internetə çıxışı kəsdiyi və dinc etirazları yatırdıqları üçün sanksiya tətbiq edib.

Bu siyahıda daxili işlər naziri Əhməd Vahidi, rabitə naziri İsa Zarepur və kiberpolis rəhbəri Vahid Məcidin adları var.

Bununla yanaşı Tehran polisinin rəisi Hüseyn Rəhimi, polis əməliyyatları üzrə müavini Hüseyn Sacidiniya, SEPAH-ın siyasi müavini Yadullah Cavani və Sarallah Qərargahının müavini Hüseyn Necatın da adları Amerikanın yeni sanksiyalar siyahısına daxil edilib.

Amerika maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson açıqlamasında bildirib ki, ölkə İslam Respublikasının interneti kəsmək və etirazları zorakılıqla yatırmaqda davam edən hərəkətini pisləyir.

Birləşmiş Ştatların Maliyyə Nazirliyinin yeni addımı İran İslam Respublikasının bu məmurlarının Amerikadakı bütün aktivlərini dondurur. Amerika vətəndaşları və şirkətlərinə də bu məmurlarla iş görmək qadağan ediləcək və onlarla iş görənlər də sanksiyalara məruz qalacaq.

Related Articles

Bir cavab yazın

Back to top button