Dünya

Amerika İranın enerji və neft sənayesindəki əsas qurumlara sanksiya tətbiq edib

Amerikanın Xəzinədarlıq Vəzirliyi İranın enerji alanının bir sıra həqiqi və hüquqi şəxslərini Qüds Qüvvələrinə verdiyi maali dəstəyə görə təhrim edib. Amerikanın Xəzanədarlıq vəziri Stiven Manuçin bazar ertəsi bununla bağlı yaydığı açıqlamada deyib: “İran rejimi Sipahın Qüds Qüvvələrinin sabitliyi pozan fəaliyyətlərini maali təmin etmək üçün neft alanından istifadə edir. İran rejimi terror təşkilatlarını və atom proqramını dəstəkləməyi İran xalqının ehtiyaclarından üstün tutmağa davam edir”. Amerikanın xarici işlər vəziri Mayk Pompeo da bu duruma münasibət bildirib: “Bu gün Amerika 13224 saylı icra fərmanına əsasən, Sipahın Qüds Qüvvələrini maali təmin edən İranın bir sıra dövlət qurum və şirkətlərini təhrim edir. Bu təhrimlər İranın Neft Vəzirliyi, Milli Neft Şirkəti, Milli Neft Tankeri Şirkəti və Qüds Qüvvələrinə dəstək və ya xidmət fəaliyyətləri ilə bağlı 21 həqiqi, hüquqi şəxs və gəmiləri əhatə edir. Təhrimlər İran rejiminin qonşularını təhdid etmək və Orta Şərqdə sabitliyi pozmaq imkanlarını məhdudlaşdırmaq üçün icra edilən ən yüksək basqı kəmpeynində vacib addımdır”,-deyə o, bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button