Dünyaİran

Amerika İranın Suriyadakı hərbi obyektlərinə hava zərbələri endirib

Amerika Suriyada İranın Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən nizami məntəqələrə hava zərbələri endirib. Bu barədə Amerika dəftərinin iki nümayəndəsinə istinadən “Reuters” ajansı xəbər verib. Ajans bildirib ki, Amerika prezidenti Cozef Bayden hava zərbəsinin endirilməsini bəyənib. Öz növbəsində Pentaqon da faktı təsdiqləyib. Amerikanın Difa Vəzirliyinin məlumatına görə, əsas hədəf iranyönlü silahlıların məntəqələri olub. Hava zərbələri Amerikanın İraqdakı mövqelərinə edilən hücumlara cavab vermək məqsədilə gerçəkləşdirilib. Bununla da Amerika gələcək hücumların qarşısını almağa çalışır. Pentaqon qeyd edir ki, hücumlar zamanı mərz keçidi yaxınlığında yerləşən və İranın dəstəklədiyi “Kətaeb Hizbullah”, “Kətaeb əl-Şuhəda” adlı iki qruplaşmanın istifadə etdiyi bir neçə bina məhv edilib. Xatırladaq ki, İran hökuməti son aylarda Amerika və DAEŞ-ə Qarşı Beynəlxaq Etilaf qüvvələrinin İraqdakı payqahlarına, habelə nizami maşın karvanlarına hücumlar edir. Bundan başqa, rəsmi Tehran Amerikanı İraq və Əfqanıstandan qüvvələrini çıxarmağa məcbur etmək üçün Bağdadın “yaşıl bölgəsi”nə raket saldırıları təşkil edir.

Related Articles

Bir cavab yazın

Back to top button