Azərbaycan

Xocalı Soyqırımından 29 il ötür

Bu gün Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsindən 29 il ötür. 1992-ci il fevriyyənin 25-dən 26-na keçən gecə erməni nizami birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Bu zaman erməni vandalları dinc sakinləri amasız şəkildə güllələyiblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca həyatını itirib. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. 475 nəfər şikəst olub, 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bu qanlı soyqırımı aktı Azərbaycan xalqının yaddaşına əbədi həkk olub.
1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevriyyə – Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları açıqlanıb. Azərbaycanın paytaxtı Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” abidəsi ucaldılıb.
Heydər Əliyev Fondu da Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətlər göstərir. Belə ki, fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımı ilə bağlı özəl layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər və anım mərasimləri keçirilir.
Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası elan edilir. Kampaniya çərçivəsində keçirilən tədbirlərdə Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsi üçün müvafiq səylər göstərilir.
“Xocalıya ədalət!” kampaniyası hazırda dünyanın onlarla ölkəsində uğurla həyata keçirilir. Bu təşəbbüs faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanıdılmasında mühüm rola malikdir. Hazırda Pakistan, Mekzik, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina və s. ölkələrin parlımanları Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar.
Qeyd edək ki, hazırda Xocalıdan olan məcburi köçkünlər ölkənin 50 şəhər və şəhristanında müvəqqəti məskunlaşıblar. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Ermənilərin dinc sakinlərə qarşı törətdiyi soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlərdəndir. Erməni vandallarının törətdikləri bu qanlı faciə Cenevrə konvesiyasının protokollarının kobud şəkildə pozulması, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı aktıdır.
Qəbul olunmuş beynəlmiləl konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bir daha bəyan edir. Azərbaycan xalqı 1948-ci il 9 desambrda “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq, Ermənistana qarşı Birləşmiş Millətlər Təşkilatının Beynəlmiləl məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya ictimaiyyəti bu cinayətin təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün dünyaya, bəşəriyyətə qarşı yönəldiyini anlamalıdır. Ermənistanın nizami-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlmiləl təşkilatlar, dünya dövlətlərinin parlımanları Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi ağrılı cinayətlərə əsl soyqırımı hadisəsi kimi beynəlmiləl siyasi-hüquqi qiymət verməlidir.
Qanlı Xocalı faciəsi qurbanlarını ehtiramla yad edir, Allahdan onlara rəhmət diləyirik!

Related Articles

Bir cavab yazın

Back to top button