Dünyaİran

Amerika İranın yük gəmilərinin Venezuela və Kuba sahillərində dayanmasına görə bildiriş edib

Amerikalı məqamlar, Xordad ayının 19-u Politiko nəşriyyəsinə bildirib, Amerika dövləti, özəl olaraq Venezuela və Kuba dövlətlərini İranın 2 gəmisinin bu ölkələrin dəniz limanlarında dayanmasına icazə verilə biləcəyinə xəbərdarlıq edib. Onlardan bu gəmilərin su ərazilərinə keçməsinə icazə verilməməsini istəyib.
Politikonun yazdığına görə, Ətləs Oqyanusunda hərəkətdə olan bu gəmilər “ehtimal olaraq Venezuelaya nizami silah daşıyır. İranın bu gəmilərlə Venezuelaya və ya Kubaya silah daşınması, bu barədə Amerikanın uyarılarını göz ardına vurmaqla qıcıqlandırıcı bir hərəkətdir. Gəminlərin Ətləs Oqyanusundan keçməklə, İranın dəniz gücləri üçün önəmli bir irəliləyiş sayılır.”
Adlarının açıqlanmasını istəməyən Amerikanın difa vəzirliyində iki məqam və Konqrədə 1 məqam da Politikoya deyib, Co Bayden dövləti bu ölkələrin dəniz limanlarında dayanmalarının qarşısını almaq üçün diplomatik kanallarla Karakas və Havananı sıxışdırır. Habelə Amerika gəmilərin dayanmasına icazə verməmək üçün bölgənin sair dövlətləri ilə də ilgidədir. Amma İran da, gəmilərin Venezuela dəniz limanlarına keçə bilmələri üçün Venezuela dövlətini sıxışdırır.
İki başqa bilgili şəxs də Politikoya deyiblər, Venezuela, bu durumdan bu ölkəyə qarşı Donald Tramp dövlətinin təhrimlərini ləğv etmək üçün Amerikanı sıxışdırma vasitəsi kimi istifadə etmək istəyir.
Bu iki nizami gəmidən adı Mokran olanın göyərtəsində 7 kiçik döyüş qayığı vardır. Kənarında gələn ikinci gəmi isə onun qorucusudur.

Related Articles

Bir cavab yazın

Back to top button