Dünya

Amerika İranla danışıqların nəticəsiz qalacağı halda “digər variantlar” barədə yenidən xəbərdarlıq edib

Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan yanvarın 26-da israilli həmkarı ilə keçirdiyi virtual görüşdə Qərbin Vyanada İranla apardığı nüvə danışıqlarının məğlubiyyətə uğrayacağı ilə bağlı xəbərdarlıq edib.

“Aznews tv”ın xəbərinə görə, o deyib ki, İranla atom müzakirələri uğursuzluğa düçar olarsa, Vaşinqton qeyri-diplomatik variantlara əl atmalı olacaq.

“Amerika hələ də hesab edir ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almağın ən yaxşı yolu diplomatiyadır və bu prinsip üzrə hərəkət edir, ancaq bir daha elan edirik ki, danışıqlar nəticəsiz qalacağı halda biz başqa variantlara üz tutmağa hazırıq. Daha doğrusu, biz İranın nüvə proqramının həlli üçün artıq yeni variantlara hazırıaşırıq”, -deyə Sallivan bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button