İran

Amerika İranla ticarət etdiyinə görə, Çin və BƏƏ-nin bir neçə şirkətini boykot edib

Amerika İranın neft-kimya məhsullarının ixracına yardım edən 2 fiziki şəxsi, Çin və Birləşmiş Ərəb Əmirliklərinin 9 şirkətini və vasitəçi şirkətlər şəbəkəsini sanksiyalar siyahısına əlavə edib.

Bu barədə Amerikanın Maliyyə Nazirliyi iyunun 16-da məlumat yayıb. Məlumata görə, dünən Amerika tərəfindən sanksiyalara məruz qalan İranın neft şirkətləri arasında “Fanavaran Petrochemical”, “Khark Petrochemical Company”, “Marun Petrochemical Complex”, habelə Birləşmiş Ərəb Əmirliklərindən 4 və Honq-Konqdan 2 neft şirkəti də var.

Bununla yanaşı, “Trillians Petrochemical” şirkətinə maddi yardım və lazımi material və texnoloji alətləri göndərməsi səbəbilə Məhəmməd Şəhid Ruknəddin Bəhur və Cinq Fənq Qayu da Amerikanın sanksiyaları siyahısına daxil edilib.

Related Articles

Bir cavab yazın

Back to top button