İran

Amerika Konqresinin respublikaçı üzvləri Co Baydeni Vyana danışıqlarını dayandırmağa çağırdı

Amerika Konqresinin yüzdən çox respublikaçı üzvü prezident Co Baydeni İranla Vyanada davam edən nüvə müzakirələrini dayandırmağa və bu ölkəyə qarşı qəti sanksiyaların icrasına səsləyiblər.

Amerika Konqresinin yüzdən çox respublikaçı üzvü prezident Co Baydeni İranla Vyanada davam edən nüvə müzakirələrini dayandırmağa və bu ölkəyə qarşı qəti sanksiyaların icrasına səsləyiblər.

“Aznews tv”ın xəbərinə görə, “The Washington Free Beacon” saytı məlumat yayıb ki, Konqres üzvləri Co Baydendən nəticəsiz Vyana danışıqlarını davam etdirmək yerinə İrana qarşı sanksiyaları, özəlliklə bu ölkənin Çinə neft satışı ilə bağlı sanksiyalarını qəti icrasını tələb ediblər.

Amerika Konqresinin Xarici Əlaqələr Komitəsinin yüksək vəzifəli üzvləri, o cümlədən Maykl Tomas tərəfindən hazırlanan məktubda habelə bildirilib ki, bu prosesdə hər hansı geçikmə İranın bölgəsəl dağıdıcı fəaliyyətlərinə və nüvə proqramını gücləndirməsinə səbəb olur.

Xatırladaq ki, Ağ Evin sözçüsü Cen Psaki yanvarın 12-də Vyana danışıqları ilə bağlı söyləyib: “Xalqa xatırlatmaq istəyirik ki, niyə indi bu nöqtədə dayanmışıq. Əgər Amerikanın sabiq prezidenti ölkənin mənafeyini nəzərə almadan nüvə anlaşmasından çıxmamış olsaydı, atom proqramının inkişafı kimi İranla bağlı heç bir problem baş verməzdi”.

Related Articles

Bir cavab yazın

Back to top button