Dünya

Amerika Maliyyə Nazirliyi Livan Hizbullahına bağlı beynəlxalq şəbəkəni boykot edib

"Hizbullahın hərəkətləri əmniyəti, sabitliyi və Livanın hakimiyyətini təhdid edir". Bunu Amerika Maliyyə Nazirliyi yaydığı bəyanatında deyib.

“Hizbullahın hərəkətləri əmniyəti, sabitliyi və Livanın hakimiyyətini təhdid edir”. Bunu Amerika Maliyyə Nazirliyi yaydığı bəyanatında deyib.

Amerika Maliyyə Nazirliyi Livan Hizbullahına bağlı həqiqi və hüquqi şəxslərə qarşı sanksiya tətbiq etdikdən sonra İranın dəstəklədiyi bu yaraqlı qrupa bağlı beynəlxalq şəbəkəni də boykot edib.

Nazirliyin yanvarın 21-də yaydığı bəyanatında yazılıb: “Amerika Maliyyə Nazirliyinin Xarici Əmlaka Nəzarət İdarəsi Hizbullahın maliyyə əlaqələndiriçisi Adnan Əyad, dəllallardan və onlara bağlı şirkətlərdən ibarət beynəlxalq şəbəkənin üzvləri, habelə onun biznes ortağı Adil Diyabın adını sanksiyalar siyahısına əlavə edib”.

Bəyanatın davamında Livan Hizbullahının bu ölkənin xalqının əmniyətinə, sabitliyinə və hakimiyyətinə zərbə vurduğu vurğulanıb: “Bu gün müəyyən edilən şəxslərin sanksiyalardan yayınma cəhdləri Hizbullahın terror və qeyri-qanuni fəaliyyətlərini dəstəkləmək üçün beynəlxalq maliyyə sistemindən sui-istifadə edərək necə pul toplaya bildiyini göstərir”.

Related Articles

Bir cavab yazın

Back to top button