Dünya

Amerika Navalnıya görə Rusiyaya sanksiyalar tətbiq edə bilər

Amerikanın həm Demokratlar, həm də Cümhuriyyətçilər Partiyasından olan bir qrup senator Konqresə Rusiyaya qarşı təhrimlərin tətbiq edilməsi ilə bağlı qanun tərhi təqdim edib. Layihənin Aleksey Navalnının həbsi ilə bağlı olduğu bildirilib. Bu barədə Florida əyalətinin Cümhuriyyətçilər Partiyasından olan senatoru Marko Rubionun saytında bilgi verilib. Qeyd edək ki, sözügedən layihə ilk dəfə ötən ilin septambrında irəli sürülüb. Qanun layihəsində nəzərdə tutulan təhrimlərə hesabların dondurulması və viza verilməsindən imtina daxildir. Sənəddə Rusiya rəhbərliyinin kimyəvi və bioloji silahların istifadəsini qadağan edən beynəlmiləl müqavilələri pozub-pozmadığının bəlli edilməsi də istənilib.

Related Articles

Bir cavab yazın

Back to top button