İran

Amerika Nümayəndələr Palatası “İran dronlarının fəaliyyətinin dayandırılması” planını təsdiqləyib

Amerika Konqresinin Nümayəndələr Palatası "İranın insansız uçaqlarının fəaliyyətinin dayandırılması" planını təsdiqləyib. Plana əsasən, İranın pilotsuz təyyarələr proqramını bilərəkdən dəstəkləyənlər sanksiyaya məruz qalacaqlar

424 lehinə, 2 əleyhinə səslə təsdiqlənən qanun layihəsi daha sonra Senat tərəfindən təsdiq olunmalıdır.

Amerika Nümayəndələr Palatasının demokrat üzvü Ted Deutç qanun layihəsinin təsdiqlənməsi barədə “Tvitter” hesabında yazıb: “İran qlobal sabitliyi və Amerikanın maraqlarını təhdid etmək üçün öz insansız uçaq proqramından istifadə edir və Konqres sabitliyi pozan bu davranışın qarşısını almaq üçün İranın dron fəaliyyətinin dayandırılması planını təsdiqləyib”

Related Articles

Bir cavab yazın

Back to top button