Dünyaİran

Amerika Oman sahillərində neft tankerinə pilotsuz təyyarələrin hücumu ilə İranın əlaqəsini təsdiqləyib

Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanma laboratoriyası İslam Respublikasının Şahid-136 pilotsuz təyyarəsinin Oman sahillərində kommersiya neft tankerinə edilən hücuma görə məsuliyyət daşıdığını təsdiqləyib.

Birləşmiş Ştatlar Hərbi Dəniz Qüvvələrinin beşinci donanmasının komandiri İslam Respublikasının Oman sahillərində kommersiya neft tankerinə hücumunu “qəsdən, biabırçı və təhlükəli” adlandırıb.

“Bu hücum gəmi heyətinin həyatını təhlükəyə atıb və Orta Şərqdə dəniz təhlükəsizliyini pozub”,-deyə, o bildirib.

Qeyd edək ki, noyabrın 16-da Omanın dəniz sahillərinə yaxın ərazidə Liberiya bayrağı altında üzən və israilli milyarderə məxsus “Pacific Zircon” neft tankerinə dron-kamikadze ilə hücum olunmuşdu.

Related Articles

Bir cavab yazın

Back to top button