İran

Amerika rəsmisi: SEPAH rəsmilərinin təhdidləri Bayden hökumətinin mövqeyini dəyişməsinə mane olur

Amerika rəsmilərindən biri "Politico" nəşrinə deyib ki, Sepah rəsmilərinin davam edən təhdidlərini nəzərə alaraq, Bayden hökumətininn Sepah-ı terror təşkilatları siyahısından çıxarmamaq barədə mövqeyi dəyişməyəcək.  

O bildirib ki, Sepah-ın terror təşkilatları siyahısından çıxarılması həm Respublikaçılar, həm də Demokratlar partiyalarında narazılıqla qarşılanıb və belə bir vəziyyətdə İran bəzi əmniyət problemlərinin həllinə zəmanət verməsə, Amerika hökuməti öz mövqeyini dəyişə bilməz.

Xatırladaq ki, son həftələrdə Sepah-ın Amerikanın terrorçu təşkilatları siyahısından çıxarılması nüvə anlaşmasının dirçəldilməsi üzrə danışıqlara ən mühüm maneə kimi göstərilib. İran rəsmiləri danışıqlar zamanı son dəqiqə tələbi olaraq Sepah-ın terrorçular siyahısından çıxarılmasını istəyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button