Dünya

Kokain qaçaqmalçılığı işində Livan Hizbullahının izi: Vircin adalarının baş naziri həbs edilib

"Middle East Eye" xəbər yayıb ki, Britaniyanın Vircin adalarının baş naziri kokain qaçaqmalçılığı planlaşdırmaq və İranın dəstəklədiyi Livan Hizbullahı proksi (niyabəti) qruplaşması ilə əməkdaşlıqda ittiham edilərək həbs edilib.

Məlumata görə, Britaniyanın Vircin adalarının baş naziri Endryu Fahiye aprelin 28-i Mayami hava limanında Amerikanın narkotiklərlə mübarizə məmurları tərəfindən yaxalanıb.

Bir neçə il öncə “Panama işi” kimi tanınan vergi cənnətləri ilə bağlı ifşa açıqlamasında da adı hallanan baş nazirin layihədə iştirak etmək üçün 7,8 milyon dollar alacağı görünürdü.

Son illərdə Livan Hizbullahının özəlliklə “cihad narkotikləri” kimi tanınan “keptaqon” həblərinin qaçaqmalçılığına müdaxiləsi ilə bağlı çoxsaylı xəbərlər yayılıb.

Related Articles

Bir cavab yazın

Back to top button