Dünya

Amerika Senatı İranla bağlı qanun layihəsini təsdiqlədi

Amerika Senatının Xarici Əlaqələr Komitəsi “İran dronları” ilə bağlı qanun layihəsini təsdiqləyib.

Senator Bob Menendez qanun layihəsinin Senatın Xarici Əlaqələr Komitəsində qəbul edilməsini vacib addım adlandırıb. O, iyunun 9-da bildirib ki, sözügedən komitə “İranın dronlarını dayandırmaq” planını təsdiqləyib.

Daha öncə Nümayəndələr Palatası tərəfindən qanunvericilərin böyük əksəriyyətinin lehinə səsi ilə təsdiq edilmiş bu qanun layihəsinin müddəalarına əsasən bildirilir ki, Amerika qanun layihəsini qüvvəyə mindirməklə, İran və bu ölkə ilə əlaqəli terror qruplarının Amerika vətəndaşlarına və tərəfdaş ölkələrə qarşı hücumlarda istifadə edilə biləcək mövcud kommersiya komponentləri də daxil olmaqla, insansız uçaqlar əldə etməsinin qarşısını alacaq.

Bu plan Amerikanın İranda silah embarqosu ilə bağlı qanununa uyğundur. Qanun layihəsi Senat tərəfindən qəbul edilərsə, Amerika prezidentinin imzası ilə qüvvəyə minəcək.

Related Articles

Bir cavab yazın

Back to top button