Dünya

Amerika və Britaniya husilərin Əbu-Dabiyə hücumlarını terror aktı adlandırıb

"Aznews tv" xəbər verir ki, onlar, habelə bu hücumları kəskin pisləyərək Birləşmiş Ərəb Əmirliklərinin yanında olduqlarını vurğulayıblar.

Amerika, Britaniya, İsrail və Səudiyyə Ərəbistanı İranın maliyyələşdirdiyi husi qruplaşmasının Əbu-Dabiyə hücumlarını bölgəsəl sabitliyi pozan və beynəlxalq təhdidi artıran terror hadisəsi adlandırıblar.

“Aznews tv”xəbər verir ki, onlar, habelə bu hücumları kəskin pisləyərək Birləşmiş Ərəb Əmirliklərinin yanında olduqlarını vurğulayıblar.

İranın maliyyə və silah yardımı ilə dəstək verdiyi husilərin məsuliyyəti öz üzərinə götürdükləri və yanvarın 17-də Ərəb Əmirliklərinə edilən hücumlarla bağlı Əbu-Dabi polisinin bildirdiyinə görə, yanacaq “TIR”larının partlaması 3 nəfərin ölümü, 6 nəfərin isə yaralanması ilə nəticələnib.

Amerika xarici işlər naziri Antoni Blinken Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə telefon danışığında husilərin sözügedən hücumlarını kəskin şəkildə qınadığını bildirib. Hətta Amerika Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat da yayıb.

Britaniya Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı bəyanatında husilərin Əbu-Dabiyə hücumlarını terror aktı adlandıraraq bu hücumları pislədiklərini qeyd edib

Related Articles

Bir cavab yazın

Back to top button