Dünya

Amerika və İsrail milli əmniyət müşavirləri İran məsələsi ilə bağlı danışıblar

Amerika və İsrailin milli əmniyət müşavirləri İranla nüvə danışıqları məsələsini müzakirə etmək üçün bir araya gəliblər.

Amerika və İsrailin milli əmniyət müşavirləri İranla nüvə danışıqları məsələsini müzakirə etmək üçün bir araya gəliblər.

“Aznews tv”xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda məlumat verilib.

Cek Sallivan israilli həmkarı Eyal Hulata ilə görüşü zamanı Vaşinqtonun İranla bağlı Tel-Əvivə verdiyi vədləri bir daha dilə gətirib.

Bəyanatda bildirildiyinə görə, Sallivan və Hulata fevralın 9-da ikitərəfli və regional məsələləri hərtərəfli müzakirə etmək üçün Ağ Evdə görüşüblər.

Müşavirlər İran və regionda ona bağlı qüvvələrdən gələn bölgəsəl təhdidlər və Yaxın Şərqin təhlükəsizliyi məsələlərindən əlavə, İranla nüvə danışıqları prosesini də müzakirə ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button