Dünyaİran

Amerika və İsrail rəsmiləri İranı müzakirə ediblər

Amerika və İsrail İranla bağlı Stratejik Məsləhətləşmələr üzrə İşçi Qrupunun ilk toplantısını keçiriblər. Toplantı iki ölkənin milli əmniyyət məsələləri üzrə yüksək məqamlarının iştirakı ilə baş tutub. Görüşün başlıca məqsədi ikitərəfli ilişkilərdə yarana biləcək gərginliklərin qarşısını almaqdır.

Toplantıya Ağ Evin Milli Əmniyyət məsələləri üzrə müşaviri Cek Sallivan və israilli həmkarı Meir Ben Şəbat başçılıq ediblər. Ağ Ev yanında Milli Əmniyyət Şurasının sözçüsü Emili Horn isə müzakirə olunan mövzularla bağlı bilgi verib.

Məlumata əsasən, tərəflər əmniyyət, bölgədəki son durum və qarşılıqlı maraq doğuran başqa məsələlər ətrafında fikir mübadiləsi aparıblar. “Associated Press”in açıqlamasına görə isə, Amerika rəsmiləri atom anlaşmasına qayıtmaq prosesinə İsraili də cəlb etməyə çalışıblar.

Related Articles

Bir cavab yazın

Back to top button