BölgəDünya

Amerika və S.Ərəbistanı: Husilərin mülki infrastrukturlara hücumu İranın dəstəyi ilə baş tutur

İranın dəstəklədiyi husi proksi (niyabəti) qruplaşmasının Səudiyyə Ərəbistanındakı mülki hədəflərə, o cümlədən Ciddə şəhərində yerləşən "Saudi Aramco" neft təsisatına hücumları kəskin artıb.

“Aznews tv” xəbər verir ki, bu hücumlardan sonra Vaşinqton və Ər-Riyad İran İslam Cümhuriyyətini hücumlarda husilərə dəstək verməkdə günahlandırıb.

Səudiyyə Ərəbistanının Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Təhlükəsizlik Şurasına göndərdiyi məktubda husilərin ölkəyə qarşı hücumlarının İranın dəstəyi ilə həyata keçirildiyini bildirib.

O, eyni zamanda Təhlükəsizlik Şurasını husilərin Səuddiyyə Ərəbistanındakı mülki infrastrukturlara hücumlarını pisləmək üçün iclas keçirməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button