Dünya

Amerika Yəməndə girov götürülən səfirlik işçilərinin bir an öncə azad edilməsini istəyib

Amerika dövləti İranın dəstəklədiyi husilər tərəfindən Yəmənin Səna şəhərindəki Amerika səfirliyinin girov götürülmüş işçilərinin təcili azad edilməsini tələb edib.

Amerika Xarici İşlər Vəzirliyinin sözçülərindən biri ölkəsinin səfirliyinin işçilərinin azad edilməsi yönündəki diplomatik çabalarını davam etdirəcəyini vurğulayaraq, işçilərdən bir çoxunun indiyədək azad edildiyini, ancaq husilərin onlardan bəzilərini hələ də həbsdə saxladığını qeyd edib.

“Washington Free Beacon” saytının xəbərinə görə, husilər son həftələrdə Amerika səfirliyi ilə bağlantısı olan 20-dən çox Yəmən vətəndaşını oğurlayıb.

“Washington Free Beacon” saytı habelə qeyd edib ki, bu hadisə çox güman ki, Amerika ilə İran arasındakı gərginliyi daha da artıracaq. Çünki, husiləri maliyyələşdirən və silah və mühimmatla təmin edən məhz İran hökumətinin özüdür.

Related Articles

Bir cavab yazın

Back to top button